“Kəpəz” “Səbail”ə, “Zirə” “Neftçi”yə qarşı

kepez-sebaile-zire-neftciye-qarsi
Oxunma sayı: 1630

Azərbaycan Premyer Liqasında 28-ci turun oyunları keçirilir. “Qafqazinfo” xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutacaq.

Əvvəlcə “Kəpəz” doğma meydanda “Səbail”lə münasibətlərinə aydınlıq gətirəcək.

Günün digər oyunu isə “Zirə” ilə “Neftçi” arasında baş tutacaq.

Xatırladaq ki, ilk oyun günündə “Turan Tovuz” evdə “Sumqayıt”a 2:3 hesabıyla uduzub. Tura sabah keçiriləcək “Şamaxı” – “Qarabağ” və “Sabah” – “Qəbələ” oyunları ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası
28-ci tur
1 aprel

“Kəpəz” – “Səbail”
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Şirmamed Mamedov, Kamal Umudlu.
Gəncə şəhər stadionu, 15:30.

“Zirə” – “Neftçi”
Hakimlər: Nicat İsmayıllı, Kamran Bayramov, Cəmil Quliyev, Emin Əliyev.
Zirə İdman Kompleksinin stadionu, 19:30.