Uels şahzadəsi Keyt Middlton Bukinqem Sarayında Diplomatik Korpusun üzvləri üçün keçirilən qəbulda iştirak edib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Middlton mərhum Uels şahzadəsi və qaynanası Diananın tacı ilə həmin qəbula qatılıb.
Bildirilib ki, Middlton 2011-ci ildə Şahzadə Uilyam ilə evləndikdən sonra 11-ci dəfədir ki, həmin tacı taxır.
Qeyd edək ki, həmin tac Kraliça Məryəm üçün 1910-cu illərin ortalarında hazırlanıb.