Kılıçdaroğlu 118 manat işıq borcunu ödəmədi, qaranlıqda qaldı

kilicdaroglu-118-manat-isiq-borcunu-odemedi-qaranliqda-qaldi
Oxunma sayı: 2957

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun evinin işıqları kəsilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Cumhuriyet” yayıb.

Bildirilir ki, buna səbəb Kılıçdaroğlunun elektrik enerjisindən istifadəyə görə ödəniş etməməsi olub.

Belə ki, CHP sədri bu ilin fevral ayında bildirib ki, ölkədə elektrik enerjisindən istifadəyə görə tariflərin artırılmasına etiraz olaraq daha işıqdan istifadəyə görə ödəniş etməyəcək.

Məlumata görə, Kılıçdaroğlunun 3 ay üçün elektrik enerjisinə 1.030 lirə (təqribən 118 AZN) borcu var.

Siyasətçi evində elektrik enerjisinin kəsilməsindən sonra öz rəsmi tviter hesabında canlı yayımda məsələ ilə bağlı açıqlama verib.