“Kılıçdaroğlu Özdağa 3 nazirlik təklif edib” - Ərdoğan

kilicdaroglu-ozdaga-3-nazirlik-teklif-edib
Oxunma sayı: 3684

“Türk dünyası və terrorla bağlı Sinan Oğanla həmfikirik”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Kanal D"-"CNN Türk"ün birgə yayımında deyib.

O qeyd edib ki, Sinan Oğana suriyalı miqrantlarla bağlı mövqeyini də diqqətə çatdırıb.

"Suriyada Qətərin dəstəyi ilə 1 milyon qaçqını yerləşdirə biləcəyimiz evlərin tikintisinə başlayacağıq. Bu evlər maksimum 1 ilə təhvil veriləcək", - deyə Ərdoğan bildirib.

Türkiyə Prezidenti vurğulayıb ki, CHP sədri Kamal Kılıçdaroğlu “ATA İttifaqı”na daxil olan partiyalardan biri - Zəfər Partiyasının sədri Ümit Özdağa 3 nazirlik təklif edib.