Kılıçdaroğludan Özgür Özəl ilə bağlı paylaşım

kilicdarogludan-ozgur-ozel-ile-bagli-paylasim
Oxunma sayı: 5593

Kamal Kılıçdaroğlu CHP-nin 38-ci növbədənkənar qurultayında sədr seçilən Özgür Özəli təbrik edib.

“Qafqazinfo” xəbər verir ki, K. Kılıçdaroğlu bunu sosial media hesabında paylaşıb.

“Ulu Öndərimiz Atatürkün etibarını bu günə qədər şərəflə daşımışam. Bu gün qurultay nümayəndələrimizin verdiyi qərarla sədrlik postunu təhvil verirəm. Bu günə qədər mübarizəmizə dəstək olan hər kəsə təşəkkür edirəm. Yeni sədrimiz Özgür Özəl, Sizi isə təbrik edir, uğurlar arzulayıram”, - deyə qeyd edib. 

Xatırladaq ki, qurultayın ikinci turunda 812 səs toplayaraq rəqibi, partiyanın hazırki sədri Kamal Kılıçdaroğluna qalib gəlib.

K. Kılıçdaroğlu isə 536 səs toplayıb.