Şimali Koreyanın İşçi Partiyası 35 ildə ilk qurultayını keçirməyə hazırlaşır.
“Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, görüş ”partiyanı daha da gücləndirəcək və onun aparıcı rolunu artıracaq”, rəsmi bəyanatda bildirilib.
Heç bir rəsmi gücə malik olmadığından toplantının əhəmiyyəti aydın olmayıb. Partiya 1945-ci ildə hakimiyyətə gələndən bəri altı qurultay keçirilib. Ən sonuncu belə görüş isə 1980-ci ildə olub.
Həmin vaxt indiki lider Kim Jong-un–un babası Kim İl-sung hakimiyyətdə olub. Kim Jong-il–in qurultayda iştirakı, onun atasından sonra lider olacağını təsdiqləmişdi.
Görüş, Şimali Koreyada siyasətin dəyişib-dəyişmədiyinə dair vəziyyəti qiymətləndirməyə imkan yaradacaq, müxbirimiz bildirib.
Keçirilmiş əvvəlki qurultaylar partiya rəsmilərinin seçilməsi, partiya qaydalarının qəbulu və vacib siyasi məsələlərin müzakirəsilə müşayiət olunub.
Rəsmi bəyanatda əlavə olunur ki, partiya “qabaqcıl” millət quruculuğu uğrunda “ağır, lakin müqəddəs vəzifə” ilə üz-üzədir.
Son xəbərlər
Son Xəbərlər