-Salam. Sinyor Batista ilə danışıram?
-Bəli. Buyurun.
-Sinyor Batista, sizinlə danışan Anjelinadır.
Bir anlıq duruxudum. Ürəyimdə öz-özümə sual verdim. Hansı Anjelina? Bizim Malenaya(“Malena” filmindəki qadın obrazını nəzərdə tutur-red) çevrilmiş Anjelina?
-Bəli, mənəm. Siz məni tanıyırsınız. Sizinlə bir-neçə dəfə siz Carlos Edvardla birgə olanda qarşılaşmışıq. Xatırlayırsınız?
Əlbəttə ki, mən o qadını çox yaxşı tanıdım. Amma həyəcanımı basdırıb, təmkinlə cavab verdim:
-Bəli, bəli xanım, buyurun.
-Mövzunu çox uzatmayacam. Birbaşa mətləbə keçmək istəyirəm. Məncə bu söhbət aramızda qalacaq deməyimə gərək yoxdur. Bilirəm, düşünəcəksiniz ki, yenicə ailə qurmusunuz, həyat yoldaşınız var. Amma bəzən bəzi şeylər formal olur. Bizim hərtərəfli şəxsi problemlərimiz var. Çox uzatmadan təklifimi edirəm. Ümid edirəm heyrət və həyəcana qapılıb, təntiməyəcəksiniz. Düşünün və cavab verin. Hə və ya yox. Mənimlə yatarsınızmı?
Hər şey alt-üst olmuşdu. Bu zəngin tamam başqa məramla olduğunu düşünmüşdüm və çox məmnunluq duymuşdum. Əslində bu çox kişinin arzuladığı, amma ağlına gətirə bilməyəcəyi təklif idi. Nə yalan deyim, açığı təntimiş, nə deyəcəyimi bilmir, gah özünə arxayınlıq, gah xürrəm olur, gah da bu qadına olan əlçatmazlıq protatipi zədələnmişdi. Bəlkə də daha üstün bir hiss yaranmışdı. Amma mən əməlli-başlı özümdə deyildim. Cavab verdim:
-Mənim üçün heç bir problem yoxdur. Nə zaman istəsəniz. Nə problem var ki? Amma məncə siz həyat yoldaşınızla aranızdakı problemi həll edin və ya ayrılın.
Qadın bir xeyli susub, düşündü. Və yenidən ecaskar səsi ilə sakit tonda cavab verdi:
-Immm, indiki belə deyirsiniz, mən ona bir şans, bir az da zaman verəcəm. Dəyişən bir şey olmasa, təklif barədə yenidən düşünərik.
-Buyurun, necə arzu edir, istəyirsinizsə.
-Cənab, bu mənim yox, sizin istək və seçiminizdir. Mən bu zəngi düşünüb və qəti qərar verərək etmişdim. Bilmirəm, buna kişilik damarınız və ya vicdanınız, özünü kiminsə yerinə qoymaq hissinizmi baş qaldırdı deyək? Hər nə isə adı o olsun.
Cavab vermədim. Özünü şəhvət düşkünü göstərmək istəməməkmi və ya əri olduğu halda bu qadının toruna düşüb ona hansısa istəklə bağlanıb, aslı qalıb, bir gün məni də vecsizcəsinə bir kənara tullaması qorxusumu, ya eqomun bir anlıq zirvəyə yüksəlişimi, ya da qadının mənlə nə qədər gerçəkci olub-olmaması tədirginliyi, birdən ələ salar, məni sınayıb yoxlamaqdırmı deyə düşünməm (Axı mənim bir həyat statusum var, bu zədələnə bilərdi.) doğurdan da özümü itirdiyimə işarə idi.
Aylar keçdi. Bu sükut pozulmadı. Əlaqə tamami ilə dayandı.
Aylar sonra Anjelina ilə üz-üzə gəldik. Bir az aralıdan damdar, lütmüş kimisindən bədəninin bütün əzalarını bəlli edən, diz qapağının altına qədər uzunluqda olan, öndən abırlı görünən, körpücük sümüklərindən düz kəsimli bağlı don geyinmiş, ayağında dabandan yuxarı doğru qalxan iplərlə ayaq biləyindən bağlanan, pedikür edilmiş ayaq barmaqlarının üzərindən düz xətlə keçən, nazik hündür dabanlı çəkmələri ilə bir ayağını digər ayağının önünə elə düz və o sərtliklə rahat atırdı ki, sanki podiumda yeriyən modelləri xatırladırdı. Öndən paltar abırlı görünsə də arxaya döndüyündə çiyin başlarından sinəaltı hissəyə qədər üçbucaq şəklində açıq qalan kürəyi məni təhrik edir, gözəl baldırları isə vəchdə gətirirdi. Bu hisslər mənə Bukovskinin “Makulatura” romanından bir parçanı xatırladır... “Fikirlərim onun ayaqlarında idi. Ayaqlar mənim üçün bədənin ən vacib üzvüdür. Doğularkən ilk gördüyüm ayaqlar oldu. Ayaqların arasından ciddi-cəhdlə sivişib çıxmağa çalışırdım. O vaxtdan ta bu günə kimi , başıma gələn hadisələr məni geriyə, o ayaqların arasına qayıtmağa sürükləyir. Buna nail ola bilmədiyim üçün üzülürəm.
Qadın əlini sağa-sola yelləyib dedi:
-Ayıl, ay bala, ayıl yuxudan!
-Nə? –gözlərimi onun ayaqlarından çəkib, başımı qaldırdım.
-Söhbət Selindən gedirdi. Xatırlayırsınız?
-Əlbəttə.”, Anjelina isə sanki sən çox axmaq kişi imişsən gözləri ilə mənə baxırdı. Daha sonra öyrəndim ki, bizim söhbətimizdən bir həftə sonra o həyat yoldaşından tamami ilə ayrılıb, bütün bağlarını kəsibmiş. Bəlkə də onun özünün də dediyi kimi, onların heç bir bağı da yox imiş. Hər şey formal imiş.