Kiyev meri insanları sığınacaqlarda qalmağa çağırdı

kiyev-meri-insanlari-siginacaqlarda-qalmaga-cagirdi
Oxunma sayı: 1738

Mayın 29-da saat 11:00-dan sonra Ukraynanın Kiyev vilayətində hava hücumu xəbərdarlığı elan edilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, xəbərdarlıqdan sonra şəhərdə partlayışlar baş verib.

Rəsmilər Kiyevin Julyanı hava limanı yaxınlığında azı 10 partlayışın olduğunu bildiriblər.

Həmçinin, Kiyev meri Vitali Kliçko hazırda şəhərin mərkəzi bölgələrində partlayışların davam etdiyini qeyd edib.

O, şəhər sakinlərini sığınacaqlarda qalmağa çağırıb:

“Şəhərin mərkəzi ərazilərində partlayışlar baş verir. Sığınacaqlarda qalın!”, - deyə Kliçko vurğulayıb.