Kiyev vilayətində əlləri bağlı insan cəsədləri aşkarlandı - Foto

kiyev-vilayetinde-elleri-bagli-insan-cesedleri-askarlandi
Oxunma sayı: 6571

Ukraynanın ruslardan azad etdiyi Buça şəhərində küçələrdə əlləri bağlı insan cəsədləri aşkarlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Ukrayna Prezidentinin Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak öz rəsmi tviter səhifəsində paylaşıb.

“Buça. Kiyev vilayəti. Rusiya əsgərləri tərəfindən güllələnərək öldürülən əlləri bağlı insanların cəsədləri küçələrdə yatır. Bu adamlar hərbi xidmətdə olmayıblar. Onların silahları yox idi. Heç bir təhlükə yaratmadılar. Hazırda işğal olunmuş ərazilərdə daha nə qədər belə hallar baş verir?

Rusiya Ukrayna millətini məhv etmək üçün müharibə aparır. Amma biz simpatiya istəmirik. Biz bəyənmə tələb etmirik. Və biz qətiyyən bizim üçün Rusiya ilə döyüşməyi xahiş etmirik. Biz yalnız bir şey istəyirik: bizə silah verin ki, mülki insanları qoruya bilək. Qalan hər şeyi özümüz edəcəyik”, - Podolyak yazıb.