Kiyevdə ara qarışdı - Ticarət mərkəzinə hücum+Video

kiyevde-ara-qarisdi
Oxunma sayı: 5700

Ukraynanın paytaxtı Kiyevdə radikallar “Ocean Plaza” ticarət mərkəzinə hücum ediblər.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, etirazçılar mərkəzin binasına tüstü fişəngləri atıblar. Alış-veriş mərkəzindəki alıcılar evakuasiya olunublar. 

Qeyd edək ki, “Ocean Plaza” rusiyalı biznesmenə məxsusdur. Mərkəzin təhlükəsizlik xidmətinin əməkdaşları və polislər vəziyyəti stabilləşdirməyə çalışır.