“Kızılcık Şerbeti”nin “Kıvılcım”ı, Evrim Alasya və həmkarı Kerem Alışık arasında eşq iddiaları irəli sürülüb.
“Qafqazinfo” xəbər verir ki, bu haqda Türkiyə mediası məlumat yayıb.
İş dostluğu sevgiyə çevrilən cütlük əl-ələ Londona tətilə gedərkən görüntülənib.
Qeyd edək ki, cütlük əvvəllər “Aşk biter mi?” tamaşasında eyni səhnəni bölüşüb.