Koalisiya Suriyada 2 hədəfi vurdu - Açıqlama

koalisiya-suriyada-2-hedefi-vurdu
Oxunma sayı: 4894

ABŞ, Fransa və Böyük Britaniya hərbi qüvvələri Suriyada 2 hədəfi vurub.

“Qafqazinfo” CNN-ə istinadən xəbər verir ki, bunu ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Cozef Danford bildirib.

“Zərbə endirdiyimiz obyektlər Suriya rejiminin kimyəvi silah proqramı ilə əlaqəlidir. Birinci hədəf Dəməşqdəki elmi tədqiqat mərkəzi olub. Burada kimyəvi silahların araşdırıması və istehsalı həyata keçirilirdi. İkinci hədəf isə Homsda yerləşən kimyəvi silah anbarı olub”,- deyə Danford vurğulayıb.

O həmçinin bu günlük hava zərbələrinin bitdiyini açıqlayıb.