“Köhnə dost” panda ilə illər sonra emosional görüş... - Video

kohne-dost-panda-ile-iller-sonra-emosional-gorus
Oxunma sayı: 770

Fransa Prezidenti Emmanuel Makronun Çin səfərində onu müşayiət edən birinci xanım Bricit Makron səfərin son günündə yaddaqalan anlar yaşayıb.

“Qafqazinfo” xəbər verir ki, o, illər əvvəl Fransada anadan olub daha sonra qoruma proqramı çərçivəsində Çinə göndərilən nəhəng panda Yuan Menqlə ölkənin cənub-qərbində yerləşən panda mühafizə mərkəzində qarşılaşıb.

Makron bu görüşü “emosional bir an” kimi dəyərləndirib.

2017-ci ildə Fransada dünyaya gələn Yuan Menq ölkədə doğulan ilk nəhəng panda kimi böyük marağa səbəb olmuşdu. Bricit Makron pandanın advermə mərasimində iştirak edərək heyvanla xüsusi bir bağ qurmuşdu.

Beynəlxalq razılaşmalara əsasən, Yuan Menq yetkinliyə çatdıqdan sonra 2023-cü ildə Çinə göndərilib. Buna görə də birinci xanımın bu səfəri panda ilə illər sonra baş tutan ilk görüşü hesab olunur.

Mərkəzdəki ziyarət zamanı Makronun “Doğulanda iki barmağım boyda idi, indi isə yetkin bir gəncə çevrilib” sözləri diqqət çəkib. 

“Bu panda sadəcə bir heyvan deyil; ölkələrimiz arasında dostluğun, təbiətə bağlılığın və ortaq gələcəyə ümidin simvoludur”, - o əlavə edib.