Kolumbiya prezidentinin qızını “iqnor” etdi, gündəm oldu - Video

kolumbiya-prezidentinin-qizini-iqnor-etdi-gundem-oldu
Oxunma sayı: 1379

Kolumbiya milli komandasının kapitanı Ceyms Rodrigezlə ölkə Prezidenti Qustavo Petro arasında yaşandığı iddia edilən “foto qalmaqalı” müzakirələrə səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, Dünya Çempionatına hazırlıq çərçivəsində keçirilən vida mərasimində prezidentin qızı Antonella Petro futbolçu ilə şəkil çəkdirmək istəyib, lakin Rodrigezin bu xahişi görməzdən gəldiyi irəli sürülüb.

Görüntülərin yayılmasından sonra Antonella Petro videomüraciətlə çıxış edərək, Rodrigezi tənqidlərdən müdafiə edib və onun uzun illərdir kumiri olduğunu bildirib.

Müzakirələrin böyüməsindən sonra Ceyms Rodrigez sosial mediada açıqlama yayaraq məsələyə aydınlıq gətirib və gələcəkdə görüşün baş tutacağını bildirib: “Antonella, bu şəkil tezliklə çəkiləcək. Mənim formam da sənindir. Dəstəyiniz üçün təşəkkür edirəm. İndi isə milli komanda üçün birləşmək vaxtıdır.”

Prezident Qustavo Petro da futbolçunun açıqlamasına müsbət reaksiya verərək ona təşəkkür edib.