Amerikalı məşhur müğənni Teylor Svift “Eras Tour” turnesində onunla işləyən hər kəsə 100 min dollar bonus verib.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, “The End of an Era” adlı yeni sənədli serialında Svift onunla çalışan rəqqaslar, musiqiçilər və texniki heyət arasında bonusları necə paylaşdırdığını göstərib.
Müğənni bildirib ki, əgər turne böyük gəlir gətirirsə, bu layihədə çalışan insanlar da daha böyük bonus almalıdırlar.
O, həmçinin bonusları təqdim etdiyi zərflərin üzərindəki məktubları şəxsən yazdığını bildirib.
Qeyd edək ki, 21 ölkədə keçirilən və 149 konsertdən ibarət olan “Eras Tour” turnesi 2 milyard dollardan çox vəsait toplayan ilk turne kimi tarixə düşüb. 36 yaşlı Teylor Sviftin bu turneyə görə komandasına bonuslar şəklində təxminən 197 milyon dollar ödədiyi bildirilir.


Son xəbərlər
Son Xəbərlər