Konfrans Liqasında ilk yarımfinalçı bəlli oldu

konfrans-liqasinda-ilk-yarimfinalci-belli-oldu
Oxunma sayı: 1727

Konfrans Liqasında yarımfinala vəsiqə qazanan ilk komandanın adı məlum olub.

“Qafqazinfo” xəbər verir ki, İtaliya “Fiorentina”sı Çexiyada keçirilən ilk görüşdə qolsuz heç-heçə etdiyi “Viktoriya Plzen”i doğma meydanda qəbul edib. 

Bu qarşılaşmanın da əsas vaxtında qapılara qol vurulmadığı üçün əlavə 30 dəqiqə oynanılıb. Rəqibinə 2:0 hesabı ilə qalib gələn Florensiya təmsilçisi adını 1/2 finala yazdırıb.