Koronavirus sutka ərzində 118 nəfəri öldürdü - Yenilənib

koronavirus-sutka-erzinde-118-neferi-oldurdu
Oxunma sayı: 2255

Çinin Hubey əyalətində koronavirusdan ölənlərin sayı 2144 nəfərə çatıb, virusa yoluxanların ümumi sayı 62422-dir. “Qafqazinfo” bildirir ki, bu barədə Regional Səhiyyə Komitəsi məlumat verib.

Sutka ərzində əyalətdə 115 nəfər dünyasını dəyişib, 411 yeni yoluxma faktı qeydə alınıb.

Sağalanların sayı 1451 nəfər artıb. Ümumilikdə əyalətdə 11788 nəfər xəstəxanalardan evə buraxılıb.

**

Çində koronavirusa yoluxanların sayı 75,4 mini ötüb. Onlardan 2236-sı dünyasını dəyişib, 18264 nəfər sağalıb və xəstəxanalardan evə buraxılıb. “Qafqazinfo” bildirir ki, bu barədə ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat verib.

Son sutka ərzində bütün ölkə üzrə 889 yeni yoluxma faktı qeydə alınıb, 2109 nəfər xəstəxanalardan evə buraxılıb, 118 nəfər dünyasını dəyişib (onlardan 115-i Hubey əyalətinin payına düşür).