Koronavirusa görə 4 ay komada qaldı, bu qədər pul ödədi

koronavirusa-gore-4-ay-komada-qaldi-bu-qeder-pul-odedi
Oxunma sayı: 4707

Türkiyədə ilk koronavirus xəstələrindən olan 73 yaşlı Oğuz Pekerin müalicə olunduğu xəstəxana komada qaldığı 4 ay müddəti üçün ödəniləcək xərci açıqlayıb.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, komadan ayıldıqdan sonra “Avtomobil qəzası keçirmişəm? Hamı niyə maska taxıb?” sualı ilə gündəm olan pasiyentin xəstəxana borcu 1 milyon 600 min lirə (təxminən 356 min manat) olub.

Bu xərcin 1 milyonunu (təxminən 222 min manat) sığorta şirkəti, 600 minini isə (təxminən 133 min manat) Peker özü ödəyib.