Körpələr xəstəxanadan belə çıxarıldı - Video - Fotolar

korpeler-xestexanadan-bele-cixarildi
Oxunma sayı: 10203

Xəbər verdiyimiz kimi, bu gün Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində yanğın baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi yeni məlumat yayıb.

Həmçinin bu xəbəri oxuyun: Российское агентство «Интерфакс» использовало армянское клише - ПЛАЧ ПО «АРЦАХУ»

Bildirilib ki, hadisə yerinə cəlb olunmuş FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri təxliyə işlərini həyata keçirib.

Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hadisə yerindədir.

Qeyd edək ki, hazırda körpələr Mərkəzdən təxliyə edilir.