Kosmosa uçan ilk azərbaycanlı kimdir? - Video

kosmosa-ucan-ilk-azerbaycanli-kimdir
Oxunma sayı: 10606

Xəbər verdiyimiz kimi, bu gün ilk türkiyəli astronavt Alper Gezeravcı kosmosa uçub.

Bu xəbər illər əvvəl kosmosa uçan ilk azərbaycanlı astronavt Musa Manarovun kimliyini də gündəmə gətirib və sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb.

Əslən dağıstanlı olan M. Manarov 22 mart 1951-ci ildə Bakıda anadan olub. O, hazırda Moskvada yaşayır, 2 övladı var.

Astronavtı tanıyanlarla yanaşı, onun barəsində ilk dəfə eşidənlər də az deyil.

Bu məqamda “Qafqazinfo”nun Musa Manarovla bağlı hazırladığı videomaterialı təqdim edirik:

Hazırladı: Fidan Etibar