“NASA” astronavtı Frank Rubio kosmosda ən uzun müddət qalan astronavt olub.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, F.Rubio “NASA” astronavtı Mark Vande Heinin 355 gün 3 saat 45 dəqiqəlik kosmosda qalma müddətini keçib və beləliklə, yeni rekord qırıb.
Kosmosa səfər edən F.Rubio bir neçə həftədən sonra Yerə qayıdacaq və kosmosda qalma müddətini 371 günə çatdıracaq.
Son xəbərlər
Son Xəbərlər