Kreml Ermənistanla Azərbaycana çağırış edib

kreml-ermenistanla-azerbaycana-cagiris-edib
Oxunma sayı: 3721

Rusiya Ermənistan və Azərbaycanı təmkinli olmağa çağırıb.

“Qafqazinfo” “Gazeta” portalına istinadən xəbər verir ki, bu barədə Kremlin rəsmi sözçüsü Dmitri Peskov danışıb. 

O, təmas xəttindən həyəcanlı xəbərlər gəldiyini qeyd edib və məsələni diqqətlə izləyəcəklərini vurğulayıb.

Xatırladaq ki, fevralın 12-də Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə atəş açılıb. Təxribat nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu əsgər Xəlilzadə Pərviz Ağakişi oğlu yaralanıb. Fevralın 13-ü isə Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Ermənistan Silahlı Qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq “Qisas əməliyyatı” keçirilib