Kreml Paşinyana cavab verdi

kreml-pasinyana-cavab-verdi
Oxunma sayı: 3733

“Rusiya Ermənistanın Ukraynadakı münaqişə ilə bağlı mövqeyini nəzərə alır”.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Kremlin rəsmi sözçüsü Dmitri Peskov deyib.

“Bilirik ki, Ermənistanın Ukrayna ətrafındakı münaqişəyə yanaşmasında müəyyən nüanslar var. Biz bunu bilirik və nəzərə alırıq”, - deyə Peskov qeyd edib. 

Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan “CNN Prima News”a müsahibəsində bildirib ki, Ermənistan Ukrayna ilə müharibədə Rusiyanın müttəfiqi deyil.