“Ermənistanın Baş naziri Nikol Paşinyanın rusiyalı sülhməramlıların missiyasının uğursuz olması ilə bağlı səsləndirdiyi açıqlamaları ilə razı deyilik”.
“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Rusiya Cənubi Qafqaz regionunun ayrılmaz tərkib hissəsidir, buna görə də, o, heç hara gedə bilməz. Rusiya Ermənistandan gedə bilməz”, - deyə Peskov qeyd edib.
Xatırladaq ki, N.Paşinyan sentyabrın 2-si İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində Rusiyanın regiondakı roluna dair bir sıra fikirlər səsləndirib. Onun sözlərinə görə, sülhməramlılar öhdəliklərinə düşən vəzifələri icra etmirlər. O, eyni zamanda təhlükəsizlik sahəsində Rusiyadan asılı olmağı səhv adlandırıb. O bildirib ki, Ermənistan strateji təhlükəsizliyini qurarkən tək Rusiyaya arxalanmamalı idi.