Kreml Polşanı Rusiya üçün düşmən dövlət hesab edir

kreml-polsani-rusiya-ucun-dusmen-dovlet-hesab-edir
Oxunma sayı: 2151

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Polşanın ölkəsinə düşmən dövlət olduğunu bildirib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, o, bu haqda Polşa müdafiə nazirinin keçmiş müavini Valdemar Skrıpçakın ölkəsinin Belarus ərazisində üsyan baş verməli olduğu üçün hərbi əməliyyatlarda mümkün iştiraka hazırlaşdığı barədə bəyanatını şərh edən zaman danışıb.

Onun sözlərinə görə, “Polşa rəhbərliyi indi sözün əsl mənasında isterikaya və rusofobiyaya girir”.

“Biz görürük ki, bu düşmən dövlət faktiki olaraq qonşu dövlətin daxili işlərinə birbaşa, o cümlədən güc yolu ilə müdaxilə etmək niyyətindən açıq şəkildə danışır”, – Peskov əlavə edib.