Krım körpüsündə partlayış baş verib.
“Qafqazinfo” Lenta.ru-ya istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər həyatını itirib, yetkinlik yaşına çatmayan bir uşaq xəsarət alıb.
Hazırda körpüdə hərəkət dayandırılıb.
Hüquq-mühafizə orqanları və bütün cavabdeh xidmətlər hadisə yerinə cəlb olunub.
***
Krım körpüsünə hücumun Kiyev tərəfindən törədildiyi iddia olunur.
***
Krım körpüsünə hücum Ukrayna Silahlı Qüvvələri və Ukrayna Təhlükəsizlik Xidmətinin xüsusi əməliyyatı idi.
Bu barədə “RBK-Ukrayna”ya Ukrayna Təhlükəsizlik Xidmətindəki mənbə bildirib.

Son xəbərlər
Son Xəbərlər