Küçədən qadın meyiti tapıldı - Yenilənib

kuceden-qadin-meyiti-tapildi
Oxunma sayı: 1688

Dekabrın 22-si saat 16 radələrində​ Bakıda küçədən meyit tapılıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə Yasamal rayonu Mustafa Sübhi küçəsində qeydə alınıb.

Belə ki, üzərində zorakılıq əlamətləri görünməyən 40-45 yaşlı meyit qadına məxsusdur.

Ölən şəxsin kimliyini müəyyən etmək məqsədilə tədbirlər həyata keçirilir.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

***

Baş Prokurorluqdan sorğumuza cavab olaraq bildirilib ki, ölüm hadisəsi bioloji səbəblərdən baş verib.