Kürdəmirdə qəza - 7 yaşlı uşaq öldü - Yenilənib

kurdemirde-qeza
Oxunma sayı: 734

Kürdəmirin Çöl-Ərəb kəndində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, 2019-cu il təvəllüdlü Hidayət Hüseynov yolu keçərkən “VAZ-2107” markalı avtomobil onu vurub.

Ağır xəsarətlər alan yaralı təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Kürdəmir rayon polis şöbəsində araşdırma aparılır.

***

Kürdəmir Rayon Mərkəzi Xəstəxanasından sorğumuza cavab olaraq bildirilib ki, bu gün saat 13:00 radələrində Kürdəmir rayonununda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 2019-cu il təvəllüdlü azyaşlı (kişi) xəstəxanaya hospitalizasiya olunub: “Xəstəxanaya daxil olarkən həyat əlamətləri müşahidə edilməyib.

Həkim heyəti tərəfindən azyaşlının ölüm faktı təsdiq olunub”.

Yunis Quliyev