Tehran Hörmüz adası yaxınlığında ABŞ-yə məxsus F-15 qırıcı təyyarəsini ələ keçirdiyini və daha sonra yer-hava raketi ilə vurduğunu bəyan edib.
“Qafqazinfo” İranın dövlət televiziyasına (IRIB) istinadla xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.
SEPAH qırıcının taleyi ilə bağlı araşdırmaların davam etdiyini bildirsə də, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bu iddiaları təkzib edərək “əsassız” adlandırıb.
Xatırladaq ki, bundan bir neçə gün əvvəl İran tərəfi dünyanın ən bahalı və modern təyyarələrindən sayılan F-35 “Lightning II” gizli qırıcısını vurduğunu iddia etmişdi. ABŞ rəsmiləri təyyarənin zədələndiyini və təcili eniş etdiyini təsdiqləsələr də, pilotun sağ olduğunu bildiriblər.
Son xəbərlər
Son Xəbərlər