Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərdə baş verən faciəvi helikopter qəzası ilə bağlı başsağlığı verib.
“Qafqazinfo” xəbər verir ki, dövlət başçısı bununla bağlı sosial media hesabında paylaşım edib.
“Qətərdə baş verən helikopter qəzasında Türkiyə Silahlı Qüvvələrimizin mənsubu, ASELSAN heyətimiz və Qətər Silahlı Qüvvələri üzvlərinin şəhid olması xəbərini böyük kədərlə öyrəndim. Bu faciəli qəzada həyatını itirən qəhrəman əsgərlərimizə, ASELSAN əməkdaşlarına və dost-qardaş qətərli hərbçilərinə Allahdan rəhmət diləyir, ailələrinə səbir arzulayıram. Ölkəmiz, millətimiz və Qətər xalqının başı sağ olsun”, – deyə Ərdoğan bildirib.
Xatırladaq ki, bu gün təlim uçuşu zamanı texniki nasazlıq səbəbindən dənizə düşən helikopterdə 1 türk hərbçisi, 2 ASELSAN mütəxəssisi və 4 Qətər hərbçisi həlak olub.
Son xəbərlər
Son Xəbərlər