Kürdəmirdə toyda müğənni döyülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, hadisə oktyabrın 12-si rayonun Ərəbqubalı kəndində baş verib. Kənddə keçirilən toy məclisində 2 nəfərin xuliqanlıq zəminində müğənnini və onun sürücüsünü döymələri barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub. Əməli törətməkdə şübhəli bilinən kənd sakinləri: Elşən Şirinov və Qaçay Şirinov müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər