Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına məxsus “Kurort” Qapalı Səhmdar Cəmiyyəti ilə “Referans Medical Group” arasında birgə əməkdaşlığa dair Çərçivə Sazişi imzalanıb.
“Qafqazinfo” xəbər verir ki, 2025-ci ilin yanvar ayından başlayaraq “Kurort” QSC ilə “Referans Medical Group” arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Müqaviləyə əsasən “Referans Medical Group” sanatoriyalarda labaratoriya xidmətlərinin təşkilini həyata keçirir.
İmzalanan Çərçivə Sazişi ilə “Kurort” Qapalı Səhmdar Cəmiyyəti və “Referans Medical Group” rəhbərliyi arasında səhiyyə və sağlamlıq sahəsində birgə layihələrin həyata keçirilməsi rəsmiləşdirilib.
Bu gündən sonra tərəflər sanatoriya və tibbi müəssisələrdə ixtisaslı həkimlərin cəlb olunması, konsultasiyaların təşkili, diaqnostik müayinələrin aparılması, seminar və konfransların keçirilməsi, sosial-tibbi layihələrdə birgə fəaliyyət, əməkdaşlar üçün qarşılıqlı endirim proqramlarının tətbiqi, həmçinin xüsusi tibbi paketlərin hazırlanması kimi istiqamətlərdə əməkdaşlığı birgə şəkildə davam etdirəcəklər.
Tərəflər arasındakı əməkdaşlığın əsas məqsədini tibbi xidmətlərin keyfiyyətini yüksəltmək və tibbi müəssisələrdə peşəkarlığı artırmaq, sağlamlıq turizminin inkişafına dəstək vermək və vətəndaşlara göstərilən tibbi xidmətləri daha əlçatan etməkdir.
Çarçivə Sazişi “Kurort” QSC tərəfindən baş direktor Çingiz Hacıyev, “Referans Medical Group” tərəfindən Müşahidə Şurasının sədri Hansıyar Babayev imzalayıb.
Tədbirdə “Kurort” QSC-nin və “Referans Medical Group”un rəhbəri heyəti, struktur bölmələrin rəhbərləri və sanatoriya direktorları iştirak ediblər.






Son xəbərlər
Son Xəbərlər