“Kurtlar vadisi”nin aktyoru Bakıda kinoya çəkilir

kurtlar-vadisinin-aktyoru-bakida-kinoya-cekilir
Oxunma sayı: 3080

Mədəniyyətin Təbliği və Sosial Təşəbbüslər İctimai Birliyi və Türkiyənin film şirkətinin birlikdə təsis etdikləri "Sənət Akademiyası" layihəsi çərçivəsində türkiyəli məşhurlar Azərbaycanda yeni film çəkilişinə hazırlaşırlar. 

 "Sənət Akademiyası"nın direktoru Səbuhi Zamanın “Qafqazinfo”ya verdiyi açıqlamaya görə filmin adı "NİSAN" adlanır. Filmin baş prodüseri Yalçın Çoban, rejissoru isə İbrahim Bülbüldür. 

Bakıda aparılacaq çəkilişlərdə dünyaca məşhur olan “Kurtlar vadisi” serialından hər kəsin tanıdığı “Güllü” obrazı ilə sevilən aktyor Erhan Ufak da cəlb edilib. Onun tərəf müqabili isə əslən makedoniyalı, Almaniya vətəndaşı olan gənc aktrisa Canan Nəzirovadır.
Filmdə məşhurlarla bərabər fəaliyyətə bir neçə aydır başlayan akademiyanın tələbələrinə də yer veriləcək. 

Nəzərinizə çatıdraq ki, filmin bütün çəkilişləri Azərbaycanda aparılacaq və paytaxtımızda premyerası da təşkil olunacaq.