Laçında şirkət əməkdaşı minaya düşüb.
Rayon prokurorluğundan "Qafqazinfo"ya bildirilib ki, bu gün işğaldan azad edilmiş Səfiyan kəndində 1992-ci il təvəllüdlü Pərvin Salahovun piyada əleyhinə minaya düşməsi ilə bağlı prokurorluğa məlumat daxil olub.
İlkin araşdırmalarla həmin ərazidə təmir tikinti işləri aparılan zaman tikinti şirkətində fəhlə kimi çalışan Pərvin Salahovun minaya düşməsi nəticəsində ağır dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər