Dünyaca məşhur danimarkalı rejissor Lars Fon Trier sosial şəbəkədəki paylaşımı ilə diqqət çəkib.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, “Dancing in the Dark”, “Dogville”, “Melankoli”, “Confession” kimi ekran əsərlərinə imza atan rejissor ona ilham verəcək sevgili axtardığını açıqlayıb.
O, sosial media hesabında yerləşdirdiyi videoda aşağıdakıları qeyd edib:
“67 yaşım var. Parkinson, obsesif kompulsif pozğunluq və idarə olunan alkoqolizmim var. Xülasə, ümid edirəm ki, geridə layiqli filmlər buraxacağam. Bu paylaşımımla sosial şəbəkələr haqqında heç bir fikrim olmadığını bildirmək istəyirəm. Həmçinin sevgili axtarmağımı köhnə tanışlıq forması kimi qəbul edin. İddia edirəm ki, yaxşı bir yol dostu ola bilərəm”.
Lars Fon Trier videonun sonunda onunla əlaqə saxlamaq istəyənlər üçün şəxsi e-mail ünvanını da qeyd edib.

Son xəbərlər
Son Xəbərlər