Lavrov “3+3” formatını perspektivli adlandırıb

lavrov-33-formatini-perspektivli-adlandirib
Oxunma sayı: 1155

Rusiyanın xarici işlər naziri Sergey Lavrov “3+3” konsultativ regional platformasını əməkdaşlıq üçün perpspektivli format adlandırıb.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Lavrov bu barədə bu gün keçirdiyi mətbuat konfransında danışıb. 

Onun sözlərinə görə, Rusiya üç Cənubi Qafqaz ölkəsi – Azərbaycan, Ermənistan və Gürcüstan və onların üç böyük qonşusu Rusiya, Türkiyə və İran arasında əməkdaşlıq mexanizmini daha fəal inkişaf etdirməyi təklif edib: “Bir neçə görüş keçirilib, Ermənistan nümayəndələri də iştirak edib. Hesab edirəm ki, zamanla bu format perspektivli olacaq”.