Lavrov iranlı həmkarı ilə görüşəcək

lavrov-iranli-hemkari-ile-gorusecek
Oxunma sayı: 1411

Xəbər verdiyimiz kimi, bu gün Moskva şəhərində Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Hüseyn Əmir Abddulahianla görüşəcək.

"Qafqazinfo" xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.

Nazirlərin İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının bərpası, xüsusilə Cənubi Qafqazdakı vəziyyətlə bağlı məsələləri müzakirə edəcəyi bildirilib.

Diplomatlar eyni zamanda Azərbaycan, Ermənistan, Gürcüstan - Rusiya, Türkiyə, İran ikinci görüşün təşkili barədə də danışacaqlar.