Lavrov Mirzoyanla regiondakı vəziyyəti müzakirə etdi

lavrov-mirzoyanla-regiondaki-veziyyeti-muzakire-etdi
Oxunma sayı: 1604

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan rusiyalı həmkarı Sergey Lavrovla telefonla danışıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, söhbət zamanı onlar Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib, həmçinin ikitərəfli münasibətlərdə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.