Lənkəranda 57 yaşlı qadını maşın vurdu

lenkeranda-57-yasli-qadini-masin-vurdu
Oxunma sayı: 1249

Lənkəranda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hərəkətdə olan nəqliyyat vasitəsi rayonun Boladı kənd sakini 1967 - ci il təvəllüdlü Şairə Əliməmməd qızı Xankişiyevanı vurub.

Ağır bədən xəsarətləri alan piyada Lənkəran Rayon Mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov