Lənkəran şəhərinin, Viravul kənd sakini çayda boğulub.
"Qafqazinfo" xəbər verir ki, 1974-cü il təvəllüdlü Hacıyev Şamo Hacıbaba oğlunun meyitinin Viravul çayından çıxarılmasına köməklik göstərilməsi üçün Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə müraciət daxil olub.
Hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri Ş.Hacıyevin meyitini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.
Son xəbərlər
Son Xəbərlər