Lənkəranda faciə - 5 ölü +Adlar

lenkeranda-facie-
Oxunma sayı: 7099

Bu gün səhər saatlarında Lənkəranın Boladı kəndi ərazisində ağır yol qəzası baş verib.

Qafqazinfo” "Report"a istinadən bildirir ki,qəza nəticəsində 4 nəfər ölüb, 5 nəfər yaralanıb.

Qəza "VAZ 2106" və "Mercedes" markalı minik avtomobillərinin toqquşması nəticəsində qeydə alınıb.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Qeyd edək ki, qəzanın baş verdiyi magistral yol hələ tam istifadəyə verilməyib.

***

Report-un məlumatına görə, hadisə zamanı ölən 4 nəfər Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anotomiya Birliyinin Lənkəran rayon bölməsinə yerləşdirilib.

Ölənlər – sürücü Bəxtiyar Quliyev, sərnişinlər Əzizə Quliyeva, Bahar Bağırova, Nazilə Seyfullayeva, Reyhan Mahmudova (xəstəxanada keçinib).

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.
Yaralılar - Elşən Ağazadə, Akif Nuriyev, Elvin Mirzəzadə.

Yaralılardan ikisinin adı hələlik müəyyənləşməyib.

Qeyd edək ki, hadisə bu gün səhər saatlarında Lənkəranın Boladi kəndi ərazisində olub. Belə ki, VAZ 21-06 və Mercedes markalı minik avtomobilləri toqquşub. Hadisəinin dəqiq səbəbləri avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq.

Faktla bağlı Lənkəran Şəhər rayon polis şöbəsində araşdırmalara başlanılıb.