Lənkəranda növbəti qəza - Piyadaları maşın vurdu

lenkeranda-novbeti-qeza
Oxunma sayı: 1594

Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Zərifə Əliyeva küçəsində qeydə alınıb.

Belə ki, minik avtomobili Lənkəran şəhər sakinləri 1996-cı il təvəllüdlü Əzizli Fariz Ceyhun oğlu və 1977-ci il təvəllüdlü Əliyev Ramin Mübariz oğlunu vurub.

Qəzada ağır xəsarət alan piyadalar Lənkəran Rayon Mərkəzi Xəstəxanasının acil şöbəsinə çatdırılıb. Ağır vəziyyətdə olan F. Əzizli reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov