Lənkəranda stadionu belə yandırdılar- - Video

lenkeranda-stadionu-bele-yandirdilar-
Oxunma sayı: 6547


“Qafqazinfo” xəbər verir ki, Xəzər və Neftçi azarkeşləri arasında qarşıdurma olub. Polislərin və Daxili qoşunların əskərlərinin müdaxiləsi ilə ara sakitləşib. "Xəzər"li fanatların öz sektorlarını tərk edib "Neftçi"li azarkeşlərin oturduğu sektora getdiyi bildirilir. Stadiona azarkeşlər kənar əşyalar atıb. 

İkinci hissə bu hadisəyə görə bir neçə dəqiqə gec başladı.

***

Xəzər və Neftçi azarkeşləri arasında baş verən qarşıdurma oyundan sonra daha da artıb. Daxili qoşunların iki əsgəri yaralanaraq xəstəxanaya aparıldı. İki əsgər isə huşunu itirib. Belə ki, qarşıdurmanın qarşısını almaq üçün gözyaşardıcı qazdan istifadə olunub. Qazın təsirindən əsgərlər huşunu itirərək yerə yıxılıb. Onlara tibbi yardım göstərilir.

***

"Ağ-yaşıl" azarkeşlər fakelləri yandıraraq qonaq azarkeşləri olan tribunaya atıb. Bunun da nəticəsində tribunalar alışıb.

Stadionda baş verən yanğının qarşısı alınıb. Lakin cənublular hələ də stadionu tərk etmək istəmir. /fanat.az/


***

Azarkeşlər Lənkəranda müxtəlif istiqamətlərdə yolları bağlayıblar. Neftçi futbolçuları və azarkeşləri hələ ki, stadiondan çıxa bilmir.

İqbal