Lənkəranda uşaq iynə vurulandan sonra öldü

lenkeranda-usaq-iyne-vurulandan-sonra-oldu
Oxunma sayı: 3352

Lənkəran rayonunun Vilvan kəndində 2012-ci il təvəllüdlü Hüseyn Kazımov inyeksiya olunduqdan sonra halı pisləşib və şok vəziyyətinə düşüb.

"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, uşaq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Lakin həkimlərin səylərinə baxmayaraq H.Kazımov həyatını itirib. Mərhumun meyiti müayinə olunmaqdan ötrü Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.

Bədbəxt hadisənin hansı səbəbdən baş verdiyi ekspertizanın rəyindən sonra dəqiq bilinəcək.

Faktla bağlı araşdırma aparılır.