Lənkəranskinin adı hallanan qətldə sensasion təfərrüatlar- - Video

lenkeranskinin-adi-hallanan-qetlde-sensasion-teferruatlar-
Oxunma sayı: 6542


Türkiyə mətbuatı İstanbulda öldürən “Lotu Qoca” ləqəbli Əli Həmidovun qətli ilə bağlı sensasion faktlar açıqlayıb. “Qafqazinfo” “Haberturk”ə istinadən xəbər verir ki, dünən yayılan məlumatda qətldə əsas şübhəli qismində azərbaycanlı avtoritet Rövşən Lənkəranskinin adı hallanmışdı. Lənkəranskinin Qafar adlı azərbaycanlı kəşfiyyatçının yardımı ilə İstanbulda Həmidovun izinə düşdüyü qeyd olunmuşdu. Həmin şəxsin Rövşən Lənkəranskiyə qətlin həyata keçirilməsində yardım etdiyi qeyd olunub. Dünən gecə isə “Haberturk” saytında yerləşdirilən (Hazırda həmin xəbər saytda yoxdur) xəbərdə həmin şəxsin kimliyi açıqlanıb. Belə ki, hadisə baş verən gün oteldə kimlərin olduğu ilə bağlı videokamera vasitəsilə araşdırma aparılıb. 

İddia olunur ki, Rövşən Lənkəranski oteldə sui-qəsd ilə bağlı təlimatlar almaq üçün azərbaycanlı generalla görüşüb. Türkiyə kəşfiyyat orqanlarından əldə edilən məlumatda həmin şəxsin Azərbaycanın Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin rəisi Mirqafar Seyidov olduğunu yazılıb. Türkiyə mətbuatının həmin oteldən videokadrları da əldə etdiyi iddia olunur. Türkiyə polisinin hazırda dindirmələri davam etdirdiyi və qalmaqallı sui-qəsd olayında adı keçən şəxslərlə bağlı araşdırmalar apardığı qeyd olunur.

Onu da əlavə edək ki, dünən gecə saatlarında “Haberturk”un saytında yerləşdirilən həmin xəbər hazırda saytdan çıxarılıb.

Onu da qeyd edək ki, “Haberturk” saytında ötən gecə yerləşdirildiyi deyilən sözügedən xəbərlə bağlı da maraqlı iddia var. Bildirilir ki, əslində mediaya göndərilmiş saytın print-screen olunmuş şəkili Fotoşop edilib. 

"Qafqazinfo" sözügedən hadisə ilə bağlı Azərbaycanın Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin rəisi Mirqafar Seyidovla əlaqə saxlamağa çalışıb. Nə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti, nə də Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsi bu barədə danışmaq istəyib.