Lent.az -a nə olub?

lentaz-a-ne-olub
Oxunma sayı: 2016

Holdinqin informasiya texnologiyaları departamentinin məlumata görə, problem saytların Almaniyada müvəqqəti yerləşdirildiyi data mərkəzdə baş verib. Data mərkəzdə yaranmış texniki problem nəticəsində saytların yerləşdirildiyi serverin yaddaş diskləri sıradan çıxıb və saytlara daxil olmaqda problem yaranıb.

Hazırda problem aradan qaldırılıb. Saytlarda məlumat yenilənməsi aparıldıqdan sonra yaxın saatlarda lent. az və kulis. az oxucuları bu mənbələrdən məlumat ala biləcəklər.

APA Holding baş vermiş problemə görə, oxucularından üzr istəyir və təəssüfünü ifadə edir.

Qeyd edək ki, lent.az saytı 2008-ci ildə fəaliyyətə başlayıb. Google Analytics şirkətinin məlumatına görə, saytın gündəlik ziyarətçi sayı 67000-75 000 arasında dəyişir. Oxunan səhifə sayı isə 400 000-500 000 civarında olur.

Kulis.az internet dərgisi 2011-ci ildə yaranıb. Google Analytics şirkətinin məlumatına görə, saytın gündəlik ziyarətçi sayı 10-15 min, oxunan səhifə sayı isə 35-40 min arasında dəyişir.

APA