Lerikdə məktəbdə yanğın oldu - Yenilənib

lerikde-mektebde-yangin-oldu
Oxunma sayı: 610

Lerik Rayonunun Buzeyir kənd orta məktəbində yanğın olub.

“Qafqazinfo” xəbər verir ki, hadisə məktəbin dam örtüyündə qeydə alınıb.

Yanğınla bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar xəttinə məlumat daxil olub. Çağırışla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti hadisə yerinə cəlb edilib.

Yanğın qısa müddətdə söndürülüb. Xəsarət alan yoxdur.

***
Lənkəran-Astara Regional Təhsil İdarəsi bu gün rayonun Şahlar Rüstəmov adına Büzeyir kənd orta məktəbində baş verən yanğınla bağlı məlumat yayıb. 

Bildirilib ki, dam örtüyündən başlayan yanğının lokallaşdırılması istiqamətində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən tədbirlər görülüb. Müvafiq plana uyğun olaraq şagird və müəllimlər təhlükəsiz əraziyə təxliyə edilibər.

Hazırda müvafiq təhsil sektorunun əməkdaşları təhsil müəssisəsindədirlər.

Surxay Şahbazov