Litva nazirləri Azərbaycana gələcək

litva-nazirleri-azerbaycana-gelecek
Oxunma sayı: 680


“Qafqazinfo”nun APA-ya istinadən xəbərinə görə, bu barədə Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə məlumat verib. 

Diplomat bildirib ki, oktyabrın 8-10-da Litva müdafiə naziri İozas Olekas Azərbaycanda səfərdə olacaq. Oktyabrın 15-16-da nəqliyyat naziri Rimantis Sinkyaviçus Azərbaycana gələcək. Oktyabrın 21-də isə Litva xarici işlər naziri Linas Linkyaviçus Azərbaycana səfər edəcək. 
Səfir vurğulayıb ki, intensiv həyata keçirilən qarşılıqlı səfərlər ikitərəfli münasibətlərin yüksək səviyyəsində olduğunu göstərir.