Livana hava hücumunda şəhər meri öldü

livana-hava-hucumunda-seher-meri-oldu
Oxunma sayı: 1574

İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livanın cənubundakı Nabatiya şəhərinə irimiqyaslı zərbələr endirib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, şəhərin mərkəzi və kənarındakı bir neçə yaşayış binası raketlərlə vurulub.

Nəticədə şəhərin meri Əhməd Xeyl və bələdiyyə şurasının beş üzvü həlak olub.