Liviyada sel nəticəsində ölənlərin sayı 3000-ə çatdı - Video

liviyada-sel-neticesinde-olenlerin-sayi-3000-e-catdi
Oxunma sayı: 2008

Liviyada daşqın və sel nəticəsində həlak olanların sayı 3000 nəfərə çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb. 

“Əl-Cəzirə” telekanalının məlumatına görə isə, təbii fəlakət səbəbindən 7000 nəfər itkin düşüb. 

Qeyd edək ki, sentyabrın 10-u Liviyanın şimal-şərqində müşahidə edilən “Daniel” siklonu ciddi fəsadlara səbəb olub. Çox sayda ev, xəstəxana və digər vacib obyektləri su basıb. Ölkədə 3 günlük matəm elan olunub.